
MƏMMƏDOV RAMİZ GÜLMƏMMƏD OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 36 saylı Badamlı
1954-cü ildə Şahbuz rayonunun Badamlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini Coğrafiya ixtisası üzrə bitirmişdir. Uzun illər dövlət qulluğu sahəsində çalışmışdır. Səmərəli fəaliyyətinə görə 2006-cı ildə Azərbaycan Respublikasının “Vətənə xidmətə görə” ordeni, 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar dövlət qulluqçusu” fəxri adı, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. Ali Məclisin Sosial siyasət komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik