29.04.2026 06:01
AZ | EN
► MƏMMƏDOV MƏMMƏD YARƏLİ OĞLU

 

MƏMMƏDOV MƏMMƏD YARƏLİ OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı (2010-2011)

 

Dairə: 6 saylı Çərçiboğan

1962-ci ildə Noraşen (indiki Şərur) rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunu Tarix ixtisası üzrə, Naxçıvan Dövlət Universitetini isə Hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. Tarix üzrə fəlsəfə doktoru, dosentdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl maarif işçisi” adına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına mükafatının laureatıdır. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalistidir. II və III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.  Ali Məclisin Sosial siyasət, elm, təhsil və mədəniyyət məsələləri komitəsinin üzvüdür.  Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası