
MƏMMƏDOV MƏMMƏD YARƏLİ OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 6 saylı Çərçiboğan
1962-ci ildə Noraşen (indiki Şərur) rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunu tarix ixtisası üzrə, Naxçıvan Dövlət Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl maarif işçisi” adına layiq görülmüşdür. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti", tarix üzrə fəlsəfə doktorudur. II çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Sosial siyasət, elm, təhsil və mədəniyyət məsələləri daimi komissiyası sədrinin müavinidir. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik