
MƏMMƏDOV EHTİMAD CƏFƏR OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 17 saylı Çalxanqala
1978-ci ildə Kəngərli (keçmiş İliç) rayonu Xok kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetini riyaziyyat ixtisası üzrə bitirmişdir. 2007-2015-ci illərdə Yeni Azərbaycan Partiyasının Kəngərli rayon Təşkilatı Gənclər Birliyinin sədri olmuş, 2015-ci ildən Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatı sədrinin müavinidir. Ali Məclisin Yerli özünüidarə Sosial siyasət, elm, təhsil və mədəniyyət məsələləri komitəsinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik