
MƏMMƏDOV BƏHRUZ QİBLƏLİ OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 29 saylı Naxçıvan şəhər
1964-cü ildə Şahbuz rayonunun Kükü kəndində anadan olmuşdur. M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Neft və Kimya İnstitutunun Kimya texnologiya fakültəsi üzrə ali təhsil almışdır. Pedaqogika üzrə fəlsəfə doktoru, dosentdir. Səmərəli fəaliyyətinə görə 2007-ci ildə “Azərbaycan Respublikası Qabaqcıl Təhsil işçisi” döş nişanı, 2024-cü ildə isə “Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi” fəxri adı ilə təltif olunmuşdur. Ali Məclisin “İqtisadi siyasət” komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik