29.04.2026 06:06
AZ | EN
► MƏMMƏDLİ TURAN BƏYMƏMMƏD QIZI

 

MƏMMƏDLİ TURAN BƏYMƏMMƏD QIZI

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 22 saylı Şıxmahmud

1984-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Kimya-Biologiya fakültəsini biologiya ixtisası üzrə, həmin universitetin magistraturasını botanika ixtisası üzrə bitirmişdir. Biologiya üzrə fəlsəfə doktorudur. 6 kitabın, 14 elmi məqalənin müəllifidir. 2014-cü ildən Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının Qadınlar Şurasının sədridir. V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin üzvüdür. 1 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası