
MƏMMƏDLİ TURAN BƏYMƏMMƏD QIZI
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 22 saylı Şıxmahmud
1984-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Kimya-Biologiya fakültəsini biologiya ixtisası üzrə, həmin universitetin magistrurasını botanika ixtisası üzrə bitirmişdir. Biologiya üzrə fəlsəfə doktorudur. 2014-cü ildən Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının Qadınlar Şurasının sədridir. Ali Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin üzvüdür. 1 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik