
KAZIMOV SABİR ƏHƏD OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 22 saylı Məzrə
1958-ci ildə Naxçıvan (indiki Babək) rayonunun Kültəpə kəndində anadan olmuşdur. Azərbaycan Neft-Kimya İnstitutunu və Naxçıvan Dövlət Universitetinin iqtisad-hüquq fakültəsini bitirmişdir. Ehtiyatda olan zabitdir. Rus dilini bilir. I və II çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür. Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik