
İSMAYILOV SƏLİM TEYMUR OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 22 saylı Şıxmahmud
1968-ci ildə Naxçıvan (indiki Babək) rayonunun Şıxmahmud kəndində anadan olmuşdur. Leninqrad (indiki Sankt-Peterburq) Ali Hərbi Zenit Raket Komandirləri məktəbini quru qoşunlarının hava hücumundan müdafiəsi taktiki komandanlığı ixtisası üzrə bitirmişdir. “Hərbi xidmətlərə görə” medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” Yubiley medalı və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. Rus dilini bilir. III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik