29.04.2026 06:05
AZ | EN
► İSMAYILOV CƏBİ ƏZİZ OĞLU

 

İSMAYILOV CƏBİ ƏZİZ OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 35 saylı Kolanı

1949-cu ildə Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakültəsini bitirmişdir. Tibb üzrə fəlsəfə doktoru, dosentdir. 40-dan çox elmi məqalənin, 5 səmərələşdirici təklifin müəllifidir. 4 elmi məqaləsi xarici dövlətlərdə beynəlxalq materiallarda nəşr olunmuşdur. Rus dilini bilir. Səmərəli fəaliyyətinə görə 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının, 1999-cu ildə isə Azərbaycan Respublikasının “Əməkdar həkim”i fəxri adlarına layiq görülmüşdür. II, III, IV və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Sosial siyasət, elm, təhsil, idman və mədəniyyət məsələləri komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası