
İSMAYILOV CƏBİ ƏZİZ OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 35 saylı Kolanı
1949-cu ildə Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakültəsini bitirmişdir. Tibb elmləri namizədidir. Rus dilini bilir. Naxçıvan Muxtar Respublikasının və Azərbaycan Respublikasının "Əməkdar həkim"i fəxri adlarına layiq görülmüşdür. II çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik