
İBRAHİMOV QADİR ABBAS OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 37 saylı Culfa şəhər
1956-cı ildə Culfa rayonunun Camaldın kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunu Tarix ixtisası üzrə bitirmişdir. 2000-ci ildən Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri, 2004-cü ildən Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvüdür. Səmərəli fəaliyyətinə görə 2007-ci ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar dövlət qulluqçusu” fəxri adına layiq görülmüş, 2013-cü ildə isə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar buraxılmış Xatirə qızıl medalı ilə təltif olunmuşdur. II, III, IV və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik