
İBRAHİMOV QADİR ABBAS OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 37 saylı Culfa şəhər
1956-cı ildə Culfa rayonunun Camaldın kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunu Tarix ixtisası üzrə bitirmişdir. 2000-ci ildən Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri, 2004-cü ildən Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvüdür. Naxçıvan Muxtar Respublikasının “Əməkdar dövlət qulluqçusu” fəxri adı və “Heydər Əliyev” qızıl medalı ilə təltif olunmuşdur. II, III və IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik