29.04.2026 05:59
AZ | EN
► İBRAHİMOV QADİR ABBAS OĞLU

 

İBRAHİMOV QADİR ABBAS OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 37 saylı Culfa şəhər

1956-cı ildə Culfa rayonunun Camaldın kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunu tarix ixtisası üzrə bitirmişdir. 2000-ci ildən Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri, 2004-cü ildən Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvüdür. Naxçıvan Muxtar Respublikasının “Əməkdar dövlət qulluqçusu” fəxri adı və “Heydər Əliyev” qızıl medalı ilə təltif olunmuşdur. II və III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası