29.04.2026 06:02
AZ | EN
► İBRAHİMOV ANAR ADİL OĞLU

 

İBRAHİMOV ANAR ADİL OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 16 saylı Qıvraq

1976-cı ildə Kəngərli (keçmiş Babək) rayonunun Böyükdüz kəndində anadan olmuşdur. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) politologiya ixtisası üzrə bitirmişdir. Rus və fransız dillərini bilir. 2001-ci ildən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibidir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. 2005-ci ildən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun Daimi və Monitorinq Komitəsinin üzvüdür. 2007-ci ildən etibarən Avropa Şurasının “Qanunvericilik hakimiyyətlərə malik regionlar” Daimi işçi qrupunun üzvü seçilmişdir. 2011-ci ildən Avropa Birliyi Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətlər Konfransının (CORLEAP) Azərbaycan Respublikasından üzvüdür. 2011-ci ildən CORLEAP Bürosunun üzvü, 2015-ci və 2019-cu illərdə isə həmsədr seçilmişdir. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədridir. II, III, IV və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir. Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası