
İBRAHİMOV ANAR ADİL OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 16 saylı Qıvraq
1976-cı ildə Kəngərli (keçmiş Babək) rayonunun Böyükdüz kəndində anadan olmuşdur. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) “Politologiya” ixtisası üzrə bitirmişdir. Rus və fransız dillərini bilir. 2001-ci ildən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibidir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. 2005-ci ildən hal-hazıradək Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun Daimi (Rəhbər) və Monitorinq Komitəsinin üzvüdür. 2007-ci ildən etibarən Avropa Şurasının “Qanunvericilik hakimiyyətlərə malik regionlar” Daimi işçi qrupunun üzvü seçilmişdir. 2011-ci ildən Avropa Birliyi Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətlərin Konfransının (CORLEAP) Azərbaycan Respublikasından üzvüdür. 2011-ci ildən CORLEAP-ın Bürosunun üzvü, 2015-ci ildən isə həmsədr seçilmişdir. II, III və IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik