
İBRAHİMOV ANAR ADİL OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı (2004-2005)
Dairə: 24 saylı Naxçıvan şəhər
1976-cı ildə Kəngərli (keçmiş Babək) rayonunun Böyükdüz kəndində anadan olmuşdur. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyası) politologiya ixtisası üzrə bitirmişdir. Rus və fransız dillərini bilir. 2001-ci ildən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibidir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. II və III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir. Evlidir, 1 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik