
İBADOV TELMAN ƏSƏD OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 45 saylı Aza
1947-ci ildə Ordubad rayonunun Biləv kəndində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunda “Müalicə işi” ixtisası üzrə bitirmişdir. Ali dərəcəli cərrahdır. Səmərəli fəaliyyətinə görə 2009-cu ildə Azərbaycan Respublikasının “Əməkdar həkimi” fəxri adına layiq görülmüş, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalı ilə təltif olunmuşdur. V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin “Sosial siyasət, elm, təhsil, idman və mədəniyyət məsələləri” komitəsinin üzvüdür. Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik