
HƏŞİMLİ HÜSEYN MƏMMƏD OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 40 saylı Saltaq
1965-ci ildə Culfa rayonunun Teyvaz kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (İndiki Naxçıvan Dövlət Universiteti) “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Səmərəli fəaliyyətinə görə 2007-ci ildə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. 28 kitabın, 345 elmi məqalənin müəllifidir. Həmçinin 4 kitabı və 40-a yaxın elmi məqaləsi müxtəlif xarici ölkələrdə nəşr olunmuşdur. Rus dilini bilir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. Yeni Azərbaycan Partiyasının III və IV Qurultayının, Dünya Azərbaycanlılarının II Qurultayının nümayəndəsi, həmçinin III, IV və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin “Sosial siyasət, elm, təhsil, idman və mədəniyyət məsələləri” komitəsinin sədridir. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik