29.04.2026 06:03
AZ | EN
► HƏŞİMLİ HÜSEYN MƏMMƏD OĞLU

 

HƏŞİMLİ HÜSEYN MƏMMƏD OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 40 saylı Saltaq

1965-ci ildə Culfa rayonunun Teyvaz kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (İndiki Naxçıvan Dövlət Universiteti) “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Rus dilini bilir. Azərbaycan Yazıçılar və  Jurnalistlər Birliyinin üzvüdür. Yeni Azərbaycan Partiyasının III və IV Qurultayının, Dünya Azərbaycanlılarının II Qurultayının nümayəndəsi, həmçinin III və IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin “Sosial siyasət, elm, təhsil və mədəniyyət məsələləri” komitəsinin sədr müavinidir. Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası