
HƏŞİMLİ HÜSEYN MƏMMƏD OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 40 saylı Saltaq
1965-ci ildə Culfa rayonunun Teyvaz kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (İndiki Naxçıvan Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir. Filologiya elmləri namizədi, dosentdir. Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Rus dilini bilir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. Yeni Azərbaycan Partiyasının III və IV Qurultaylarının nümayəndəsi, həmçinin III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Sosial siyasət, elm, təhsil və mədəniyyət məsələləri komitəsinin sədr müavinidir. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik