
HƏSƏNOV NÜSRƏT FİRUDİN OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 3 saylı Maxta
1955-ci ildə Noraşen (indiki Şərur) rayonunun Dəmirçi kəndində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmiş, sonralar nevropatoloq ixtisasına yiyələnmişdir. Tibb üzrə fəlsəfə doktorudur. Ümumdünya Nevroloqlar Federasiyasının, Azərbaycan Nevroloqlar və Tibbi Genetiklər Assosiasiyası və Azərbaycan epilepsiya ilə mübarizə Liqasının üzvüdür. Səmərəli fəaliyyətinə görə 2014-cü ildə Azərbaycan Respublikasının “Əməkdar həkim”i fəxri adına layiq görülmüş, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalı ilə təltif olunmuşdur. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının I, II və V Qurultaylarının nümayəndəsi, II, III, IV və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik