29.04.2026 06:05
AZ | EN
► HƏSƏNOV NÜSRƏT FİRUDİN OĞLU

 

 

HƏSƏNOV NÜSRƏT FİRUDİN OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 3 saylı Maxta

1955-ci ildə Noraşen (indiki Şərur) rayonunun Dəmirçi kəndində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmiş, sonralar nevropatoloq ixtisasına yiyələnmişdir. Tibb üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikasının “Əməkdar həkim”i fəxri adına layiq görülmüşdür. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının I və II Qurultaylarının nümayəndəsi, II, III və IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası