29.04.2026 06:01
AZ | EN
► HƏSƏNOV NÜSRƏT FİRUDİN OĞLU

 

HƏSƏNOV NÜSRƏT FİRUDİN OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 3 saylı Maxta

1955-ci ildə Noraşen (indiki Şərur) rayonunun Dəmirçi kəndində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmiş, sonralar nevropatoloq ixtisasına yiyələnmişdir. Rus dilini bilir. II və III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatı Siyasi Şurasının, Şərur rayon təşkilatı İdarə Heyətinin, həmçinin Ali Məclisin İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Yeni Azərbaycan Partiyasının I və II Qurultaylarının nümayəndəsi olmuşdur.  Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası