
HƏSƏNOV NÜSRƏT FİRUDİN OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 3 saylı Maxta
1955-ci ildə Noraşen (indiki Şərur) rayonunun Dəmirçi kəndində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmiş, sonralar nevropatoloq ixtisasına yiyələnmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının I və II Qurultaylarının nümayəndəsi, II çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatı Siyasi Şurasının, Şərur rayon təşkilatı İdarə Heyətinin, həmçinin Ali Məclisin İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik