
HƏSƏNLİ ORUC QAFAR OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı (2015-2018)
Dairə: 13 saylı İbadulla
1950-ci ildə Noraşen (indiki Şərur) rayonunun Ələkli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Əməkdar elm xadimi, Pedaqoji elmlər doktoru, professordur. 70-dən çox elmi işin müəllifidir, o cümlədən bir monoqrafiyası və beş kitabı çapdan çıxmışdır. Rus dilini bilir. Azərbaycan Respublikasının “Tərəqqi” medalına layiq görülmüşdür. III və IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin “Sosial siyasət, elm, təhsil və mədəniyyət məsələləri” komitəsinin sədr müavinidir. Evlidir, 3 övladı var. 2018-ci ildə vəfat etmişdir.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik