
HƏSƏNLİ ORUC QAFAR OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 13 saylı İbadulla
1950-ci ildə Noraşen (indiki Şərur) rayonunun Ələkli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Pedaqoji elmlər doktoru, professordur. 70-dən çox elmi işin müəllifidir, o cümlədən bir monoqrafiyası və beş kitabı çapdan çıxmışdır. Rus dilini bilir. Azərbaycan Respublikasının “Tərəqqi” medalına layiq görülmüşdür. III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Sosial siyasət, elm, təhsil və mədəniyyət məsələləri komitəsinin sədridir. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik