29.04.2026 06:01
AZ | EN
► HƏBİBBƏYLİ İSA ƏKBƏR OĞLU

 

HƏBİBBƏYLİ İSA ƏKBƏR OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı (1997-2000)

 

Dairə: 13 saylı İbadulla

1949-cu ildə Noraşen (indiki Şərur) rayonunun Danzik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını qiyabi üzrə bitirmişdir. Filologiya elmləri doktoru, professor, “Əməkdar elm xadimi”dir. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü,  AMEA-nın müxbir üzvü, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun üzvü, Türkiyə Elmlər Akademiyasının (TÜBA) fəxri üzvüdür. Rus dilini bilir. Ali Məclisdə Hüquq siyasəti Daimi Komissiyasının sədridir.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası