
HACIYEVA SEVİL MƏHƏMMƏDƏLİ QIZI
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 10 saylı Şərur şəhər
1963-cü ildə Noraşen (indiki Şərur) rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsində ali təhsil almışdır. Rus dilini bilir. Uzun illər təhsil sahəsində çalışmış, məktəb direktoru vəzifəsinədək yüksəlmişdir. Səmərəli fəaliyyətinə görə 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adına layiq görülmüşdür. Ali Məclisin “Sosial siyasət” komitəsinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik