
HACIYEV ELMAN HƏBİB OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı (1998-2000)
Dairə: 42 saylı Ordubad şəhər
1949-cu ildə Ordubad rayonunun Tivi kəndində anadan olmuşdur. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini, Azərbaycan Jurnalistlər İttifaqı nəzdində Jurnalist sənəti İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Rus dilini bilir. Naxçıvan Muxtar Respublikasının və Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” adlarını almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. Evlidir, 2 övladı var (2009-cu ildə vəfat etmişdir)
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik