
FƏRƏCOV FƏRƏC RZA OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 38 saylı Yaycı
1947-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialında Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür, 9 bədii-publisistik kitabın müəllifidir. Səmərəli fəaliyyətinə görə 2007-ci ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i fəxri adına layiq görülmüş, 2013-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar buraxılmış Xatirə qızıl medalı ilə və 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalı ilə təltif olunmuşdur. 1990-1995-ci illərdə Culfa rayon Xalq Deputatları Məclisinin, II, III, IV və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsinin üzvüdür. Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik