
FƏRƏCOV FƏRƏC RZA OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 38 saylı Yaycı
1947-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialını Azərbaycan dili və ədəbiyyatıı ixtisası üzrə bitirmişdir. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür, 9 bədii-publisistik kitabın müəllifidir. Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i fəxri adına layiq görülmüş, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar buraxılmış Xatirə qızıl medalı ilə təltif olunmuşdur. 1990-1995-ci illərdə Culfa rayon Xalq Deputatları Məclisinin, II, III və IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsinin üzvüdür. Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik