
FƏRƏCOV FƏRƏC RZA OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 38 saylı Yaycı
1947-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialını Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, 9 bədii-publisistik kitabın müəllifidir. Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i fəxri adına layiq görülmüşdür. 1990-1995-ci illərdə Culfa rayon Xalq Deputatları Məclisinin, II və III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsinin üzvüdür. Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik