
FƏRƏCOV FƏRƏC RZA OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı (2002-2005)
Dairə: 38 saylı Yaycı
1947-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialını Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1990-1995-ci illərdə Culfa rayon Xalq Deputatları Məclisinin Deputatı olmuşdur. Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik