
ƏZİMOV BEHRUZ NURƏDDİN OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 33 saylı Naxçıvan şəhər
1963-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu “Elektron texnikası mühəndisi” ixtisası üzrə bitirmişdir. Səmərəli fəaliyyətinə görə 2013-cü ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar mühəndis”i fəxri adına layiq görülmüş, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalı ilə təltif olunmuşdur. Rus dilini bilir. V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin “İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr” komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik