
ƏSGƏROV HİKMƏT ƏKBƏR OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 15 saylı Qarabağlar
1960-cı ildə Noraşen (indiki Şərur) rayonunun Qarabağlar kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statistika fakültəsini maliyyə və kredit ixtisası üzrə, Moskva Dövlət Hüquq Akademiyasını isə hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. Rus dilini bilir. II çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuş, Ali Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədridir. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəfdir
Elanlar
Gündəlik