
BAXŞIYEV ƏLÖVSƏT QƏZƏNFƏR OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 3 saylı Maxta
1956-cı ildə Noraşen (indiki Şərur) rayonunun Kərimbəyli kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini iqtisadçı ixtisası üzrə bitirmişdir. Rus dilini bilir. Naxçıvan Muxtar Respublikasının "Əməkdar dövlət qulluqçusu" fəxri adı, "Vətənə xidmətə görə" və "Şöhrət" ordenləri ilə təltif olunmuşdur. XII çağırış Naxçıvan MSSR Ali Sovetinin, həmçinin 1990–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik