
ƏLİYEVA VÜSALƏ ABAZƏR QIZI
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 2 saylı Heydərabad
1981-ci ildə Babək rayon Cəhri kəndində anadan olmuşdur. Naxçıvan Özəl Universitetini Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bitirmişdir. Təhsildə göstərdiyi xidmətlərə görə 2015-ci ildə Azərbaycan Respublikasının “Tərəqqi” medalına layiq görülmüşdür. 2011-ci ildən YAP Sədərək Rayon Təşkilatında Qadınlar Şurasının sədri seçilmiş, V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Aqrar siyasət, təbii ehtiyatlar enerji və ekologiya məsələləri komitəsinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik