29.04.2026 06:01
AZ | EN
► ƏLİYEV İSMAYIL İSRAFİL OĞLU

 

ƏLİYEV İSMAYIL İSRAFİL OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 28 saylı Naxçıvan şəhər

1950-ci ildə Naxçıvan (indiki Babək) rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini bitirmişdir. Rus dilini bilir. Pedaqoji elmlər doktoru, professordur. Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunmuşdur. II və III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Sosial siyasət, elm, təhsil və mədəniyyət məsələləri komitəsinin üzvüdür. Evlidir, 4 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası