
ƏLİYEV ASİM YEDİYAR OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 14 saylı Danyeri
1954-cü ildə Noraşen (indiki Şərur) rayonunun Püsyan kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunu Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir. 1972-ci ildən 13 kitabı, 15-dən artıq almanaxda şeirləri dərc olunmuş, 6 dram əsərinin, 18 poemanın, 300-dən artıq məqalənin, 500-dən artıq şeirin müəllifidir. 2007-ci ildən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədridir. Səmərəli fəaliyyətinə görə 2005-ci ildə Naxçıvan Muxtar Respublikasının, 2019-cu ildə isə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüş, 2014-cü ildə Azərbaycan Respublikasının “Tərəqqi”, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalları ilə təltif olunmuşdur. IV və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Yerli özünüidarə komitəsinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəfdir
Elanlar
Gündəlik