
ƏLİYEV ASİM YEDİYAR OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı (2012-2015)
Dairə: 14 saylı Danyeri
1954-cü ildə Noraşen (indiki Şərur) rayonunun Püsyan kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunu Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir. 1972-ci ildən 13 kitabı, 15-dən artıq almanaxda şerləri dərc olunmuş, 6 dram əsərinin, 18 poemanın, 300-dən artıq məqalənin, 500-dən artıq şerin müəllifidir. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədridir. Naxçıvan Muxtar Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adına və Azərbaycan Respublikasının “Tərəqqi” medalına layiq görülmüşdür. IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Yerli özünüidarə komitəsinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəfdir
Elanlar
Gündəlik