
ƏLİYEV ASİM YEDİYAR OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı (2012-2015)
Dairə: 20 saylı Yarımca
1954-cü ildə Noraşen (indiki Şərur) rayonunun Püsyan kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunu Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir. 1972-ci ildən 13 kitabı, 15-dən artıq almanaxda şerləri dərc olunmuş, 6 dram əsərinin, 18 poemanın, 300-dən artıq məqalənin, 500-dən artıq şerin müəllifidir. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədridir. Naxçıvan Muxtar Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür. Ali Məclisin Yerli özünüidarə komitəsinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəfdir
Elanlar
Gündəlik