
ƏLİYEV ALI SƏFƏR OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 14 saylı Danyeri
1953-cü ildə Noraşen (indiki Şərur) rayonunun Püsyan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir. Tibb elmləri namizədidir. 21 elmi məqalənin, 2 monoqrafiyanın və 1 ixtiranın müəllifidir. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkim”i fəxri adına layiq görülmüşdür. II və III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik