
ƏLİYEV ALI SƏFƏR OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 14 saylı Danyeri
1953-cü ildə Noraşen (indiki Şərur) rayonunun Püsyan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitunun Müalicə-profilaktika fakültəsini bitirmişdir. Tibb elmləri namizədidir. Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkimi” fəxri adına layiq görülmüşdür. II çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin “İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr” daimi komissiyası sədrinin müavinidir. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik