29.04.2026 06:05
AZ | EN
► CƏLİLZADƏ AİDƏ MƏHƏMMƏD QIZI

 

CƏLİLZADƏ AİDƏ MƏHƏMMƏD QIZI

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 28 saylı Naxçıvan şəhər

1987-ci ildə Babək rayonunun Babək qəsəbəsində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetini “ingilis dili” ixtisası üzrə bakalavr, “pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə isə magistr pilləsini bitirmişdir. 2004-2005-ci illərdə Amerika Təhsil Departamentinin maliyyələşdirdiyi FLEX (Gələcək Liderlər Mübadiləsi) proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarında təhsil almışdır. İngilis dilini bilir. Naxçıvan Dövlət Universitetinin dissertantıdır. 7 elmi və publisistik məqalənin müəllifidir. Ali Məclisin “Sosial siyasət, elm, təhsil, idman və mədəniyyət məsələləri” komitəsinin üzvüdür.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası