
CƏFƏROV RAUF MEHRALI OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 17 saylı Nehrəm
1966-cı ildə Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsini bitirmişdir. Tibb üzrə fəlsəfə doktorudur. Rus dilini bilir. Səmərəli fəaliyyətinə görə 2019-cu ildə “Tərəqqi” medalı, 2024-cü ildə isə “Əməkdar həkim” fəxri adı ilə təltif olunmuşdur. Ali Məclisin “Humanitar siyasət” komitəsinin üzvüdür. Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik