29.04.2026 06:02
AZ | EN
► CƏFƏRLİ ELMAN YUSİF OĞLU

 

CƏFƏRLİ ELMAN YUSİF OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 26 saylı Naxçıvan şəhər

1976-cı ildə Culfa şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetini “Tarix” ixtisası üzrə bakalavr və “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə magistr pilləsini bitirmişdir. Tarix üzrə fəlsəfə doktoru, dosentdir. 4 kitabın, 60-dan artıq elmi məqalənin müəllifidir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı İdarə Heyətinin və Siyasi Şurasının üzvü, Naxçıvan şəhər Təşkilatının sədridir. III, IV və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin “Hüquq siyasəti və dövlət quruculuğu məsələləri” komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası