29.04.2026 06:02
AZ | EN
► CƏFƏRLİ ELMAN YUSİF OĞLU

 

CƏFƏRLİ ELMAN YUSİF OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 26 saylı Naxçıvan şəhər

1976-cı ildə Culfa şəhərində anadan olmuşdur.  Naxçıvan Dövlət Universitetini “Tarix” ixtisası üzrə bakalavr  və “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə magistr pilləsini bitirmişdir. Tarix üzrə fəlsəfə doktoru, dosentdir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı İdarə Heyətinin və Siyasi Şurasının üzvü, Naxçıvan şəhər Təşkilatının sədridir. III və IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin “Hüquq siyasəti və dövlət quruculuğu məsələləri” komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası