
CƏFƏRLİ ELMAN YUSİF OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 26 saylı Naxçıvan şəhər
1976-cı ildə Culfa şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetini tarix ixtisası üzrə bakalavr və azərbaycanın yeni və ən yeni tarixi ixtisası üzrə magistr pilləsini bitirmişdir. Tarix üzrə fəlsəfə doktoru, dosentdir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı İdarə Heyətinin və Siyasi Şurasının üzvü, Naxçıvan şəhər Təşkilatının sədridir. III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik