29.04.2026 06:02
AZ | EN
► CƏFƏRLİ ƏHƏD MƏMMƏD OĞLU

 

CƏFƏRLİ ƏHƏD MƏMMƏD OĞLU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Dairə: 43 saylı Yuxarı Əylis

1956-cı ildə Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunu müalicə işi ixtisası üzrə bitirmişdir. Səmərəli fəaliyyətinə görə 2016-cı ildə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilmişdir. XII çağırış Naxçıvan MSSR Ali Sovetinin, III və IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Ali Məclisin Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsinin üzvüdür. Evlidir, 4 övladı var.

Partiya mənsubiyyəti: Azərbaycan Xalq Cəbhəsi Partiyası